Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təhlükəsiz internet dünyası” başlığı altında informasiya saatı keçirilib

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 03.02.2023-cü il tarixində K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbdə “Təhlükəsiz internet dünyası” başlığı altında informasiya saatı təşkil etdi.Tədbiri Uşaq şöbəsinin multimedia mütəxəsisi Nərmin Qasımova açaraq uşaqlara internetin faydalı və zərərli tərəfləri haqqında məlumat verdi.Bildirdi ki, internet vasitəsi ilə istədiyimiz bir çox məlumatlari tez bir zamanda əldə edə bilər, gedə bilmədiyimiz ölkə, şəhər və rayonları internet vasitəsi ilə görüb taniya bilərik. Sonra K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbin  İnformatika müəlliməsi Gültəkin Səmədova çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələrlərdən, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınmasını və sonda şantaj olunmasını xəbərdar etdi. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələrini verdi.Həmçinin onuda qeyd etdi ki, internetdən həddindən artıq istifadə fiziki problemlərə və bir cox xəstəliklərin yaranmasına səbəb olur. Tədbirin məqsədi mövzu ilə əlaqədar şagirdləri maarifləndirmək və sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmağa çağırmaqdır.

 

83.5 KB