06.02.2023
3 fevral 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Goranboy rayon Qızılhacılı qəsəbə kitabxana filialı Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Dahi şəxsiyyət" başlıqlı dəyirmi masa təşkil etdi. Tədbirdə Qızılhacılı qəsəbə kitabxanasının bir sıra fəal oxucuları iştirak edirdilər. Kitabxananın müdiri Tamaşa Aslanova çıxış edərək bildirdi ki, cəmiyyətin və zamanın fövqünə ucalan , yüksək amallara sadiq , polad iradəli , möhkəm əqidəli insanlar tarixin yaddaşında əbədi yaşayırlar. Azərbaycanın çağdaş tarixi böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi, mahir diplomat ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Xalqımız qürur duyur ki, o , Azərbaycan dövlətinin qurucusu , dünyanın ən böyük şəxsiyyətlərindəndir. Yer kürəsinin ən görkəmli
dövlət və siyasət xadimləri , diplomatları və mütəfəkkirləri onun fəaliyyətini, fenomenal yaddaş və bacarığını, vətənsevərliyini, milli təəssübkeşliyini və digər ali keyfiyyətlərini təqdir etmişlər. Tədbirdə multimedia mütəxəssisi Nəzibə Qurbanova çıxış edərək bildirdi ki, bu qüdrətli insan Azərbaycan xalqının yaddaşında öz böyüklüyünü qoruyub saxlayan və hər kəsə doğma olan bir şəxsiyyət kimi yaşayır.