03.02.2023
02.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "2 fevral Gənclər günü" ilə əlaqədar olaraq "Heydər Əliyev və Gənclər siyasəti" mövzusunda Samux şəhər 1 saylı məktəb liseyin şagirdləri ilə birlikdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Qasımova Raziyə və elmi işçi Cabbarova Aygül tədbir iştirakçılarına Heydər Əliyevin daim gənclərə verdiyi önəmdən, dövlət səviyyəsində Gənclər siyasətindən bəhs etdilər.