Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yay tətilinə kitabsız getməyək

02.07.2018

02.07.2018 - ci il tarixdə MKS - nin 7 saylı kitabxana filialı 3 saylı musiqi məktəbinin yerləşdiyi ərazidə tədris ilinin bitməsi, yay tətilində uşaqların asudə vaxtının maraqlı keçməsi ilə əlaqədar “Yay tətilinə kitabsız getməyək” adlı sərgi keçirdi. Sərgidə kitablar müxtəlif başlıqlar altında: “Qəhrəmanlarımızı tanıdaq” , “ Yaşıl dünya naminə ” , “ Azərbaycan tarixi ” “ Bədii ədəbiyyat ” və “ Dünya ədəbiyyatı ” sərgilənmişdi. Tədbir oxucularda ədəbiyyata məhəbbət, mütaliə vərdişləri aşılamaq məqsədi daşıyırdı. Sərgini təşkil edən və aparan böyük kitabxanaçı Könül Mirxudayeva oxuculara maraqlı kitablar təklif etdi, oxumalarını məsləhət gördü. Tədbir boyu kitabxanaya çoxlu sayda yeni oxucular üzv yazıldı və 40 - dan çox kitab evə verildi.