03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 03.02.2023-cü il tarixində fonda daxil olan yeni kitablardan biri olan “Qarabağ Azərbaycandır!”- “Qələbə şəhidləri” kitabının təqdimatını etdi. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva II cilddən ibarət olan “Qələbə Şəhidləri” kitabının təqdimatını etdi. O, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynov tərəfindən toplanaraq tərtib edilən bu kitabda Fateh Ali baş Komandan , Qalib Prezident İlham Əliyevin dəmir yumruğundan, Müzəffər Milli Ordunun şanlı qələbəsindən danışıldığından və 44 günlük şanlı müharibədə Azərbaycanın canlarından keçən qəhrəman övladlarının bir qisminin haqqında məlumatlar olduğundan danışdı. MKS –nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tərəfindən təqdim olunan əbədi qəhrəmanlarımızdan bəhs edən “Qələbə şəhidləri” kitabı iştirakçılar tərəfindən maraqla qarşılandı . Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Mərquşə İbrahimova, Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva , psixoloq Qətibə Mustafayeva əbədi qəhrəmanlar haqqında yazılmış bu kitabın Azərbaycan xalqı üçün mənəvi dəyərinin əvəzsiz olduğunu söylədilər.