03.02.2023
02.02.2023-ci il tarixində Xocalı rayon Kosalar kənd Mədəniyyət evində kənd Mədəniyyət evinin, Xocalı rayon Yaloba Tarix Diyarşünaslıq muzeyinin, Xocalı rayon Yaloba kənd klubunun, Xocalı rayon Başkənd kənd klubunun, Xocalı rayon Cavadlar kənd klubunun, Xocalı rayon Yaloba kənd kitabxana filialının, Xocalı rayon Cavadlar kənd kitabxana filialının, Xocalı rayon Kosalar kənd kitabxana filialının, Xocalı rayon Kosalar kənd icra nümayəndəliyinin və Xocalı rayon Kosalar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi” və 2 Fevral Gənclər Günü ilə əlaqədar olaraq “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” başlığı altında tədbir keçirildi. Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları və yeniyetmə gənclər iştirak etdilər. İlk olaraq Ulu öndər Heydər Əliyev və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Kosalar kənd mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək bildir ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmli- dir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.
Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorun- masına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sis- temli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev bildirdi ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında Heydər Əliyevin “gənclər siyasətinin” rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Sonda qəsəbənin fəal yeniyetmə gəncləri Kosalar kənd Mədəniyyət evinin rəhbərli- yi tərəfindən fəxri fərmanla təltif olundular.