03.02.2023
Gəncə Regional Mədəniyyət idarəsi Samux rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı Qarayeri qəsəbə UMM ilə birgə " Heydər Əliyev" ili çərçivəsində 2 Fevral Azərbaycan Gəncləri Günü münasibət ilə " Heydər Əliyev və Azərbaycan Gəncləri " adlı dəyirmi masa keçirdi. Qarayeri kitabxana filialının müdiri Samirə Məmmədova çıxışında qeyd etdi ku Ümummilli Lider Heydər ƏliyevAzərbaycan Gənclərinin l Forumundan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etmişdir.Qarayeri UMM-nin direktoru çıxışında bildirdi ki,bu gün Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevə bağlayır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir. Tədbirdə söz alan digər çıxışçılarda gənclərin cəmiyyətin aparıcı qüvvələri olduqlarını və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladıqlarını bildirdilər.! Sonda Qarayeri Uşaq Musiqi Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdilər.