Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı görüş keçirilib

03.02.2023

02.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxanası 2 fevral Gənclər günü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı görüş keçirdi. Tədbirdə Mərkəzi kitabxananın gənc və fəal oxucuları iştirak etdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktor vəzifəsini m.i.e Telli Nəsibova açaraq tədbir iştirakçılarını salamladı. Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını açıq-aydın görmək mümkündür. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, heç də təsadüfi deyil hal-hazırda Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir. Metodika və biblioqrafiya şöbəsinin metodisti Məhin Məmmədova çıxışında qeyd etdi ki, Gənclər cəmiyyətin aparıcı qüvəsi kimi qəbul olunmaqla onların düşüncələri, fikirləri və təklifləri öyrənilir, müvafiq addımlar atılır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermişdir deyə qeyd etdi. Tədbirdə iştirak edən gənclərin qarşıdan gələn universitetə qəbul imtahanları, peşə və ixtisas seçimlərinə dəstək məqsədi ilə söhbətlər aparıldı.Gənc oxucular gələcək planlarından və sahib olmaq istədikləri peşələr haqqında çıxış etdilər. Sonda kitabxananın gənc və fəal oxucularına 2 fevral Gənclər günü münasibəti ilə hədiyyələr təqdim olundu.

 

190.3 KB