03.02.2023
02.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məşədiqaralar kənd kitabxana filialı Məşədiqaralar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər günü münasibətilə "Gənclər gələcəyimizin qurucularıdır" adlı dəyirmi masa təşkil edildi.Tədbirdə Veyisli,Səfikürd,Nərimanlı,Eyvazlılar kənd klubları da iştirak edirdi.Tədbiri giriş sözü ilə Mədəniyyət evinin direktoru Rəsmiyyə Paşayeva açaraq qeyd etdi ki,bu gün hər kəsə məlumdur ki,2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.Sonra Sənətkarlıq evinin bədii rəhbəri Verdiyeva Türkan çıxış edərək qeyd etdi ki, Gənclər bizim bu günümüz və sabahımızdır.Gənclər gələcəyimizin qurucularıdır.Tədbirin sonunda gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.