Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 fevral Gənclər gününə həsr olunmuşı dəyirmi masa keçirilib

03.02.2023

02.02.2023-cu ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 2 fevral Gənclər günü ilə bağlı dəyirmi masa keçirildi.
  Tədbirdə ilk açılışı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O,çıxışını cənab Prezidentimiz İlham Əliyevin gənclər haqqında söylədiyi fikirlə açdı."Azərbaycan gəncləri fəaldır,vətənpərvərdir,biliklidir,savadlıdırlar.Gənclər mən sizə inanıram və güvənirəm".Bu gün hər kəsə məlumdur ki,2Fevral Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət Gənclər siyasətinin əsası qoyuldu.1996-cı il 2fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə 2fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başladı.
Sonra söz, Mədəniyyət Mərkəzinin  diyarşünaslıq təlimatçısı İsmayılova Gülərə verildi.Oda öz çıxışında qeyd etdi ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab  İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır,bu siyasətin icrasında daim onun yanındadır.Əziz Gənclər bayramınız mübarək..

 

109.3 KB