03.02.2023
1.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 2 Fevral Gənclər Günü münasibəti ilə "Vətən gəncləri ilə qürurludur" başlıqlı bir qrup gənclə onlayn görüş keçirdi. Görüşü kitabxana filialının müdiri Rahilə Qasımova açaraq gəncləri 2 Fevral Gənclər Günü münasibətilə təbrik etdi və gənclər gününün yaranması haqqında məlumat verdi. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Gəncləri bu əlamətdar gün münasibətilə AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Filologiya elmləri doktoru Xuraman Hümmətova, AMEA-nın Gəncə bölməsi N. Gəncəvi irsinin tərcümə şöbəsinin baş elmi işçisi Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva təbrik etdilər. Görüşdə C.Naxçıvanski adına Hərbi liseyin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsində bədii qiraət, natiqlər dərnəyinin rəhbəri Gülsəda Aman, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Elza Hümmətova, GDU-nin tələbəsi Xanım Mehdiyeva, Az.TU-nin tələbəsi 2022-ci il Payız Forumun natiqlik üzrə 1-si Aqil Qasımov, 29 saylı orta məktəbin UTBR-n rəhbəri Mehriban Allahverdiyeva və yuxarı sinif şagirdləri, həmçinin Goranboy rayon M. Zeynalov adına məktəbin şagirdi Məryəm Nəsibli çıxış etdilər. Çıxışçılar 44 günlük II Qarabağ Vətən müharibəsində gənclərimizin göstərdikləri qəhrəmanlıqlardan, idmançılarımızın yarışlarda əldə etdikləri uğurlardan, Şuşa,Xankəndi, Laçın yolundakı eko fəalların vətənə olan sevgisindən söhbət açdılar. Sonda kitabxanaçı qeyd etdi ki, gənclərimizin həmrəyliyi, əldə etdikləri hər bir uğurlar, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək.