03.02.2023
Mir Cəlal Paşayev Ev Muzeyinin və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkil etdiyi "Gənclər bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.İlk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı muzeyin Elmi işçisi Bağırova Səadət əsası 1997-ci ildə Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral gənclər günü ilə bağlı geniş məlumat verdi.Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir ki , bugün gənclərimiz bütün sahələrdə aktivdirlər.Bu uğurlu siyasətin davamçısı möhtərəm prezidentimiz İlham Əliyev eyni qayğı və sevgini bugün gənclərə göstərir. Məhz onun nəticəsidir ki, 44 günlük müharibədə mübariz gənclər canlarından keçərək torpaqlarımızı düşməndən azad etdilər. Sonda Gəncə İncəsənət Məktəbinin müəllim və şagirdləri "Art Campion Diplom" fəxri fərmanlar və diplomlarla təltif olundular.