Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənin aparıcı qüvvəsi olan gənclik necə olmalıdır? “adlı sual cavab gecəsi keçirilib

03.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.02.2023-cü il tarixində 2 Fevral Gənclər günü münasibətilə “Vətənin aparıcı qüvvəsi olan gənclik necə olmalıdır? “adlı sual cavab gecəsi keçirtdi. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açaraq 2 fevral tarixinin Gənclər Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğundan və 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldığından, 44 günlük Vətən müharibəsində gənclərimizin şücaətindən danışdı. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Mərquşə İbrahimova, Uşaq Birliyi Təşkilatının
rəhbəri Qənifə Nağıyeva , psixoloq Qətibə Mustafayeva çıxışlarında bildirdilər ki, Ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar. MKS –nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tərəfindən iştirakçılara mövzu ilə bağlı verilən suallara Ayan Həsənova, Ülviyyə Şəmilova, Namiq Ələkbərov, İkram Cəfərov və başqaları
maraqlı cavablar verdilər. Beləliklə tədbirdə , Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasət olduğu , bu siyasətin sağlam və intellektual nəsilin formalaşmasına xidmət etdiyi bildirildi.

 

105.4 KB