03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı 2 saylı Gəncə Regional "Asan xidmət" mərkəzi ilə birgə 01.02.2023-cü il tarixdə 2 fevral Gənclər günü münasibəti ilə "Gənclik bir qızıldır ömrün əlində" adlı tədbir keçirildi.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.Tədbiri kitabxanaçı Günel Kərimova açaraq iştirakçıları salamladı və Azərbaycanda Gənclər gününün yaranma tarixi haqqında iştirakçılara məlumat verdi.O, bildirdi ki, heç şübhəsiz Azərbaycan gəncliyi hər zaman dövlətimizin qürur mənbəyi olmuşdur.Tədbirdə "Asan xidmət" mərkəzinin könüllüləri Azərbaycan respublikasının prezidenti İlham Əliyevin müasir gəncliyə göstərdiyi diqqət və qayğıdan razı olduqlarını və bu baxımdan böyük səylə çalışaraq yüksək nəticələr əldə edəcəklərini bildirdilər.Sonda gəncləri maraqlandıran bir sıra mövzularda çıxışlar oldu.