Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Gənclərin Heydər Əliyev məsuliyyəti” adlı mövzu gecəsi keçirilib

03.02.2023

01.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Fərəh Sosial İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibətilə, həmçinin 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə bağlı “ Gənclərin Heydər Əliyev məsuliyyəti” adlı mövzu gecəsi keçirildi. Tədbir Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anılması ilə başladı. Tədbirdə filialın müdiri Esmira Həsənova çıxış edərək bildirdi ki, 2 fevralın Gənclər günü kimi qeyd olunması məhz ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996- cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər Günü kimi yazdı. Gənclərə göstərilən diqqət və qayğı bəhrəsini verdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanır.  Sonra tədbir iştirakçılarına söz verildi. Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev , Fərəh Sosial İctimai Birliyinin həmtəsisçisi , təhsil işçisi, məktəb direktoru Eldəniz Səttarov, birliyin əməkdaşı Elnur İsmayılov, könüllüsü Aişə Zeynalova , Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodiki işlərin təşkili şöbəsinin müdiri Tərifə Abbasova, Gəncə Maarif evinin həmtəsisçisi İmamverdi Vəliyev , Maarif evinin könüllüsü Afitab Sevinc çıxış etdilər. Hər bir iştirakçı öz idarəsi adından bütün gənclərimizi 2 Fevral Gənclər Günü münasibəti ilə təbrik edib gənclərimizə uğurlar arzulayıb. Daha sonra tədbir musiqili hissə ilə davam etdi. Uşaq İncəsənət məktəbinin yetirmələrinin və Fərəh Sosial İctimai Birliyinin könüllüləri Əli Məmmədli və Leyla Cəfərovanın gitarada musiqili ifaları çox maraqla qarşılanıb. Sonra isə Fərəh Sosial ictimai Birliyinin və 11 saylı kitabxana filialının gənclər gününə həsr olunmuş bir- birindən maraqlı video çarxları nümayiş olunub. Tədbirin daha bir maraqlı hissəsi Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin aktiv gəncləri və 11 saylı kitabxana filialının kollektivinin hazırladıqları intellektual oyunların təşkili olub. Tədbir iştirakçıları böyük coşğu və maraq ilə viktorinada iştirak ediblər. Tədbir musiqili dəqiqələr ilə davam etdi. Sonda gənclər öz təəssüratlarını söyləyərək yaradılan bütün şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

255.2 KB