19.06.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında Azərbaycan Respulikası Prezidenti İlham Əliyevin verdiyi sərəncama əsasən, 2 iyul 2018-ci il tarixdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə “Əfsanəvi qəhrəman” mövzusunda anım günü keçirildi. Tədbirdə kitabxananın fəal oxucuları və Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edirdilər. Kitabxananın müdiri Lyudmila Axundova 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş,”Mixaylo” ləqəbli Mehdi Hüsüyinzadənin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edərək, Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri dolan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyinzadə həyat və döyüş yolarından bəhs edərək oxuculara m\lumat verdi. Kitabxananın fəal oxucusu, 38 saylı məktəbin tarix müəlliməsi Təranə İbrahimova çıxış edərək, Mehdi Hüseynzadənin partizanlıq yolundandanışdı.Bildirdi ki, 1941-ci ildə orduya çağrılmış, 1942-ci ildə Tiblisidə hərbi məktəbini bitirmiş, həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş,partizan hərakatının lideri, “Mixaylo” təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərova qeyd etdi ki, 1957-i il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət heyətinin fərmanı ilə Böyük vətən müharibəsi illərində faşist işğalçılarına qarşı müharibəsinə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseyinzadəyə ölümündən sora Sovet İttifaqı Qəhrəmanı adı verildi.