Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gənclər niyə az kitab oxuyur?” adlı onlayn diskussiya keçirilib

03.02.2023

-Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 01.02.23- cü il tarixdə 2 fevral - Azərbaycan Gənclər Günü ilə əlaqədar "Gənclər niyə az kitab oxuyur?" adlı onlayn diskussiya keçirtdi.Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Natella Hacıyeva əvvəlcə iştirakçılardan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.Sonra gənclərimizi bu bayram münasibətilə təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı və tədbiri açıq elan etdi.Böyük kitabxanaçı Könül Mirxudayeva qeyd etdi ki, mütaliə insan xarakterini formalaşdırıb, gənclərimizə bir sıra müsbət keyfiyyətlər aşılayır, intelektual istirahətimizə kömək edir, dünyagörüşümüzü artırır, lakin o faktdır ki, ölkəmizdəki gənclərin kitab oxumağa marağı qənaətbəxş səviyyədə deyil və biz bunun səbəbini bilmək üçün gənc tələbələrlə diskussiya etməyi qərara aldıq.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki, mütaliəni,kitabı gənclərə sevdirmək biz kitabxanaçıların vacib vəzifələrindən biridir

 

1.7 MB