03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialının təşəbbüsü ilə 01 fevral 2023-cü ildə YAP Goranboy Rayon Təşkilatının binasında təşkilatın əməkdaşları ilə birlikdə “Heydər Əliyev İrsi Milli Sərvətimizdir” adlı tədbir keçirdi. Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra başladı. Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova tədbiri açaraq, öz çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövləti, xalqı və tarixi haqqında Beynəlxaq arenalarda müdrik siyasətilə tarixi torpaqlarmızın bərpası haqqında etdiyi çıxışlarından danışdı. YAP Goranboy Rayon Təşkilatının məsləhətçisi Vüqar İsmayılov Ümummilli Lider Heydər Əliyin Azərbaycan Respulikasının müstəqilliyi və YAP partiyasının yaranması haqqında öz təssüratlarını bildirdi. Goranboy rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məmmədzadə Adilə və Mərkəzi Kitabxananın metodisti Sevin Aşıralıyeva mövzu ətrafında öz fikirlərini bildirdilər. Tədbir Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başa çatdı.