03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 01 fevral 2023-cü il tarixdə Ümumrespublika Gənclər gününə həsr olunmuş "Gələcək gənclərin əlindədir" adlı tədbir təşkil edildi. Tədbirdə diyarşünaslıq evinin əməkdaşı Mehtiyeva Gülnaz çıxış edərək bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız demişdir: "Bu günkü gənc sabah öləkəmizi idarə edəcək. Tədbir iştirakçısı Tükəzban Məmmədova çıxış edərək qeyd etdi ki, Respublikamızda gənclərin hərtərəfli inkişafı üçün onların sağlamlığının qorunmasına, gənc nəslin mənəvi-idioloji tərbiyyəsinə xüsusi qayğı ilə yanaşılır. Qəsəbə 1saylı orta məktəbin şagirdi Fatimə Behbudova tədbirdə iştirak edən gəncləri Gənclər günü münasibəti ilə təbrik etdi.