03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 01.02.2023-cü il tarixində Gənclər gününə həsr olunmuş “Sağlam gənclik, sağlam gələcək” adlı söhbət keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova öz çıxışında qeyd etdi ki, bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın gələcəyi olan gənclərin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü inam yaradır. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır. Əziz gənclər bayramınız mübarək. Tədbirdə filialın oxucuları iştirak etdilər.