03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 01.02.2023-cü il tarixdə 2 fevral Gənclər Günü münasibəti ilə “Gənclər gələcəyimiz, bugünümüz, sabahımızdır” adlı söhbət keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Səkinə Hacıyeva tədbiri açıq elan edərək, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasından geniş məlumat verdi. Çıxış edən gənclər yüksək səviyyədə təhsil aldıqlarını, tez-tez kitabxanaya müraciət etdiklərini bildirdilər. Həmçinin ölkənin inkişafı, müstəqil dövlətimizin möhkəmləndirilməsi və müdafiəsi üçün həm təhsilin, həm vətənpərvərlik ruhunda tərbiyənin vacibliyindən söz açdılar.