26.06.2018
MKS-nin 6 saylı Gənclər kitabxana filialında 26.06.2018-ci il tarixində “Narkomaniya-ümidlərin son yolu” başlığı altında Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Təmarə Hüseynova bildirdi ki, narkotik mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. Toksid maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir və xəstə özünü idarə edə bilmir, insanın fiziki gücü tamamilə tükənir Tədbirdə iştirak edən Gənc Vətənpərvərlər birliyinin üzvü Elçin Məmmədov qeyd ki, erkən yaşından narkotik qəbul etməyə başlayan insanın ömrü 35-40 il olur. Eyni zamanda narkoman ən azı 10-15 nəfəri də bu bəlaya düçar edə bilər. 42 sayı orta məktəbin müəllimi Fikrət Əliyev Narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini xüsusilə vurğuladı. Bildirdi ki, son illiər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı xeyli artmışdır. Gələcəyimiz olan gənclərimizi yüksək təhsilli, sağlam görmək üçün narkotik bəlası ilə birgə mübarizə aparmalıyıq.
Tədbirin sonunda narkomaniyaya həsr olunmuş videoçarx izlənildi