Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirilib

31.01.2023

30 yanvar 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulduğundan danışdı. Mərkəzi Kitabxananın əməkdaşları Gülnar Nəcəfova, Ülviyyə Kazımova, Gənlərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Rəna Rüstəmova bir gənc olaraq mövzu ətrafında çıxışlarını davam etdirdilər.Sonda xatirə şəkli çəkildi.

 

80.9 KB