30.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 28.01.2023-cü il tarixində II Qarabağ müharibəsi şəhidi Bayramov Orxan Surxay oğlunun anadan olmasının 30 illiyi ilə əlaqədar "Vətən sənə oğul dedi" adlı anım günü keçirildi. Əvvəlcə vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın müdiri Firuzə Yunusova Şəhidin qısa, şərəfli ömür və döyüş yolundan danışdı. Qeyd etdi ki, Bayramov Orxan Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2022-ci il tarixində şəhid olmuşdur. Ölümündən sonra " Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulduğunu, şəhidlərin fəxrimiz, qürur yerimiz olduğunu bildirdi. Sonra oxucular şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən şeirlər söylədilər.Tədbirdə filialın oxucuları iştirak etdilər.