30.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 29.01.2023-cü il tarixində şəhid Bayramov Orxan Surxay oğlunun anadan olmasının 30 illiyi ilə bağlı "Zəfər fədailəri" başlığı altında anım günü keçirildi.Tədbiri kitabxananın müdiri Zeynəb Məmmədova açıq elan etdi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.O bildirdi ki,Orxan 1990-cı il yanvar ayının 29- da Gəncə şəhərində doğulmuşdur. Orxan 2020- ci il iyulunda Azərbaycan Silahlı qüvvələri sıralarında həqiqi hərbi xidmətə çağrılır.
Onun 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində keçdiyi döyüş yolu , igidliyi, şücaəti haqqında cıxışçılar ətraflı məlumat verdilər.Bayramov Orxan oktyabrın 2- də şəhidlik zirvəsinə ucaldı.Gəncədəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.O"Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.