30.01.2023
27.01.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan" mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Balakürd kənd Mədəniyyət Evi, Həmənli, Gülməmmədli, Qırıxlı, Nadirkənd, Şıxlar, Qarasuçu, Kələk və Qazançı kənd Klublarının əməkdaşları eyni zamanda Goranboyun Sosial İqtisadi İnkişafı naminə İctimai Birliyin sədri, birinci Qarabağ müharibəsinin iştrakçısı Rəhman Quliyev iştrak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Mədəniyyət işçisi Elçin Tağıyev açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, Heydər Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs etdi.
Azərbaycan tarixinin 34 ili Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi və mədəni tərəqqisinə nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə geniş miqyaslı islahatların aparılması layihələrini hazırlayaraq həyata keçirərək müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi.
Tədbirdə çıxış edən Borsunlu kənd Mədəniyyət Evinin direktoru Gülnar Abdullayeva bildirmişdir. Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsini özündə ehtiva edir. Heydər Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir.
Tədbirdə çıxış edən Rəhman Quliyev Ümummilli lider cəmiyyətə yeni düşüncə tərzi verdi, idarəçilik məktəbi yaratdı deyə bildirmişdir. Adı Azərbaycanın tarixinə dahi xilaskar və böyük qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici amildir.
Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir.
Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəklərində təzahür edir deyə R. Quliyev bildirmişdir.
Sonda Borsunlu kənd Mədəniyyət Evində Heydər Əliyevin həyat və yaradıcılığını, Goranboy rayonuna səfərlərini əks etdirən fotoguşə haqqında geniş məlumat verilərək sərgiyə baxış keçirilmişdir.