29.06.2018
29 .06.2018-ci il tarixində MKS-nin 2 saylı kitabxana Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 105 illiyinə həsr edilmiş “ Bir həzin axşamda düşsən yadıma....” adlı sərgi-söhbət kecirildi. Tədbirdə kitabxananın oxucuları iştirak edirdilər. Filialın müdiri Firuzə Yunusova Nigar Rəfibəylinin həyatı və yaradıcılıq yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verdi. Qeyd etdi ki, Nigar Rəfibəyli Azərbaycanin görkəmli şairlərindəndir. Onun yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur.O, əsil sənət aşiqi,yaradıcılıq fədaisi olmuşdur. Onun orijinallı, tərcüməli,böyüklər və uşaqlar üçün yazılmış 35 kitabı nəşr olunmuşdur.Sərgidə onun Latın və kiril əlifbası ilə olan“ Seçilmiş əsərləri”,” Bir həzin axşamda”,”Ana səsi”,” Günəşdən gənclik istədim”,” haqqında xatirələr,məqalələr,şeirlər və s.olan” Şanlı nəsillərin yadigarıyam”və s. əsərləri nümayiş olundu