27.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalı və ASAN-Gəncə 2 könüllülərinin birgə təşkilatçılığı ilə “Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi medallı,Prezident Mükafatçısı, Ali Media Mükafatçısı və peşəkar jurnalist Rəfiqə Sadıqovanın “Gecikmiş etiraf” kitabının müzkirəsi keçirildi. Sentyabr ayından start verən layihə - “Yerli yazarlar və şairlərin kitab müzkirəsi” ilk olaraq 26 Yanvar tarixində baş tutdu. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Rəfiqə Sadıqovanın yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. ASAN Gəncə Könüllülərinin Gəncə şəhər üzrə Nümayəndəsi Nərmin xanım tədbirin təşkili üçün kitabxananın direktor əvəzi Gülünaz İsgəndərovaya , kitabxana kollektivinə, vaxt ayıraraq öz oxucularının görüşünə gələn Rəfiqə Sadıqovaya təşəkkürünü bildirdi. ASAN Gəncə 2 və ASAN Gəncə 1 könüllüləri “Gecikmiş etiraf” kitabının müzakirəsinə başlayaraq əsərin müəyyən hissələrindən danışaraq müəllifə onları maraqlandıran suallar ünvanlayaraq əsəri müəllifin öz dilindən dinlədilər daha da yaxından tanış oldular. Tədbirə dəvətli olan qonaqlar AYB-Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, yazıçı, nasir, publisist Qərib Mehdi, şair Aydın Murovdağlı, İnqilab İsaq, yazıçı Ünbülbanu Hacıyeva, jurnalist Firəngiz İdrisqızı müəllif Rəfiqə Sadıqova haqqında çıxış edərək müsbət inasin keyfiyyətlərə malik xanımı ASAN Gəncə könüllülərindən ibarət gəncərə təqdim etdilər. Rəfiqə xanım müzakirə edilən əsərindən başqa digər kitabları ilə iştirakçıları yaxından tanış edərək hər bir əsərindən maraqlı məqamlara toxunaraq çıxış etdi. Bu görüşün onun üçün necə sevindirici və əhəmiyyətli olduğunu xüsusi olaraq vurğuladı və hər kəsə dərin təşəkkürünü bildirdi. Sonda çıxış edən MKS-nin direktor əvəzi Gülünaz İsgəndərova tədbirin təşkilatçısı oxu zalınınn müdiri Aidə Abdullayevaya, ASAN Gəncə könüllülərinə minnətdarlığını bildirərək əsərini bir oxucu kimi sevə-sevə oxuduğu Rəfiqə sadıqovaya yeni yaradıcılıq uğurları arzuladı.