27.01.2023
25.01.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Yeni kitablar, sizin üçün uşaqlar!” adlı kitab sərgisi keçirdi. Kitab insanın bəlkə də ən yaxın dostudur. Çox zaman heç kimdən ala bimədiyimiz məlumatı bizlərə kitablar verir.
Uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova uşaqlara yeni kitablar haqqında geniş məlumat verdi və şagirdlər kitablara baxış keçirdilər. Kitab sərgisi şagirdlərin böyük marağına səbəb olmuşdur. Sərginin keçirilməsində əsas məqsəd kitabxanamıza daha çox oxucu cəlb etmək, uşaqların kitab oxumasına marağı artırmaq, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaqdır.