27.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı kitabxana filialı 27.01.2023-cü il tarixdə II Qarabağ Vətən müharibəsində şəhid olmuş Orxan Bayramovun anadan olmasının 30 illiyi ilə bağlı "Adın tarixlərə yazdı şəhidlər" başlıqlı anım günü keçirtdi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə böyük kitabxanaçı Aynur Abbasova şəhid Orxan Bayramovun qısa lakin mənalı həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Kitabxanaçı onuda qeyd etdi ki,Orxan Bayramov Gəncənin qəhrəman oğullarından biridir. Tədbirdə iştirak edən Yaradıcılıq evinin əməkdaşı Nəsibova Kəmalə Vətən müharibəsi zamanı Orxan Bayramovun Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşduğunu bildirdi və hər bir vətən oğlunun xatirəsi bizim yadımızda əbədi olaraq qalacağını söylədi.Azərbaycan əsgəri öz qanı bahasına işğal olunmuş torpaqlarımızı azad etdi.Adlarını Azərbaycan tarixinə qızıl həriflərlə yazdılar.