Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqı irəliyə aparan lider” adlı onlayn oxucu konfransı keçirilib

27.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 26.01.2023-cü il tarixində Ümummilli lider Heydər  Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Xalqı irəliyə aparan lider” adlı onlayn oxucu konfransı keçirtdi.
Filial müdiri Səkinə Hacıyeva konfransı açıq elan etdikdən sonra Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda Gəncə Apellyasiya Məhkəməsində çalışan dovlət qulluqçuları, Gəncə şəhər 2 nömrəli Uşaq Poliklinikasının tibb işçiləri, GDU, ADNSU müəllim və tələbələri çıxışlar etdilər. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin həyat yolu, hakimiyyətə geldikdən sonra ölkədə yeni inkişaf mərhələsinin başlanması, müstəqil dövlətin yeni və müasir Konstitusiyasının hazırlanmasında böyük xidmətləri, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması haqqında
məlumat verdilər. Heydər Əlirza oğlu Əliyev Azərbaycanı dünyaya tanıdan dahi bir şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.

 

26.2 KB