25.06.2018
25.06.2018-ci il MKS-nin 11 saylı kitabxana filialında Milli Silahlı Qüvvələr Günü münasibətilə “Vətənimin istiqlal bayramı” başlığı altında mövzu saatı keçirildi. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq 26 iyun-Milli Silahlı Qüvvələr günü haqqında məlumat verdi. Böyük kitabxanaçı Gülnar Hüseynova Milli Silahlı Qüvvələrimizin, Milli Ordumuzun 100 illiyi haqqında danışdı. Gəncə Rəsm Qalereyasının baxıcısı Şəbnəm Rzayeva da Güclü ordumuzun yaranması tarixindən və bu günündən söz açaraq fikirlərini bildirdi. Tədbirdə kitabxananın fəal üzvləri ilə yanaşı, Gəncə Rəsm Qalereyasının kollektivi, GDU-nun ingilis dili müəllimi Natavan Məmmədova da iştirak etdi