25.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 25.01.23- cü il tarixdə məşhur Bakı milyonçusu, sənayeçisi, sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə əlaqədar "Sərvəti və səxavətilə məşhur insan" adlı söhbət keçirildi.Söhbəti kitabxananın müdiri Natella Hacıyeva aparırdı.O,öz çıxışında qeyd etdi ki, Hacı Zeynalabdin Tağıyevin savab əməllərinin siyahısı çox uzundur və özündən sonra zəngin bir irs qoyub getmişdir.Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi.Sonra iştirakçılar çıxış edərək mövzu haqqında öz fikirlərini bildirdilər.Tədbiri keçirməkdə məqsəd bu böyük şəxsiyyətin və onun savab əməllərini oxuculara tanıtmaqdır.