25.01.2023
24 yanvar 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qızılhacılı qəsəbə kitabxana filialı məşhur Azərbaycan alimi Firudin bəy Köçərlinin anadan olmasının 160- illiyi ilə əlaqədar " Firudin bəy Köçərli - 160" başlıqlı tədbir keçirtdi. Tədbir Qızılhacılı qəsəbə 1 saylı orta məktəbdə təşkil olunmuşdu. Tədbirdə məktəbin 7 - ci sinif şagirdləri və dil- ədəbiyyat müəllimi Tərlan Kamilova iştirak etdilər. Kitabxanaçı Tükəzban Məmmədova yazıçının həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , alim, tənqidçi və pedaqoqdur. Firudin bəy Köçərli öz xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri də sərraf kimi tapıb qiymətləndirməyi bacarırdı. Azərbaycan ədəbiyyatının böyük ideyallarla , sağlam və yüksək hisslərlə zəngin olduğunu iftixarla təhlil və sübut etmişdir. Tədbirdə kitabxana filialının müdiri Tamaşa Aslanova , dil - ədəbiyyat müəllimi Tərlan Kamilova çıxış etdilər.