25.01.2023
Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 25.01.2023-cū il tarixdə şəhid Şamil Quliyev adına 1saylı Uşaq bağçasında növbəti "Gizli nağıl sandığı" adlı nağıl saatı keçirdi.Uşaq kitabxanasının multimedia resursları üzrə mütəxəssisi Rəbiyyə Əliyeva balacalara Azərbaycan nağıllar kitabından "Iki ayı balası" nağılını danışdı.Sonra kitabxanamıza yeni gəlmiş jurnallarla uşaqları tanış etdik.