Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dahi şəxsiyyət ”adlı dəyirmi masa keçirilib

25.01.2023

25.01.2023.cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Tapqaraqoyunlu kənd Mədəniyyət evinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dahi şəxsiyyət "adlı dəyirmi masa keçirildi.Tədbir kənd İcra nümayəndəliyinin,kənd sakinlərinin,Mədəniyyət evinin işçilərinin iştirakı ilə keçirildi. Tədbirdə ilk öncə çıxış edən Mədəniyyət evinin Mədəni təşkilatçısı Əliyeva Sıra çıxış edərək bildirdi ki Ulu öndər Heydər Əliyev həyatının böyük bir hissəsini Azərbaycan xalqının tərəqqisinə,Azərbaycan dövlətçiliyinin qurulmasına və möhkəmlənməsinə həsir etmişdir.Tariximizin son yarım əsirdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında XXl əsirin əvvələrində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamverici və təşkilatçısı olmuşdur. Tədbirdə çıxış edən Mədəniyyət evinin Mədəniyyət evinin direktoru Rəhman Əliyev çıxış edərək dedi Heydər Əliyevin adı və həyatı Vətənə xalqına məhəbbətin təkirarsiz təcəssümü,millətə xidmətin nümunəsi kimi daimi yaşayacaq Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaq. Tədbirdə Mədəniyyət evinin Bədii rəhbəri Gültəkin Heydərova çıxış edərək bildirdi ki, Biz hamımız bu gün qürur hissi ilə qeyid edirik ki,Müstəqil Azərbaycan dövləti,xalqımızın Dahi oğlu Heydər Əliyevin Şah əsəridir,onun öz xalqı qarşısında əvəzsiz,möhtəşəm tarixi xidmətidir Ümummilli liderimiz öz çıxışlarında dəfələrlə qeyd etmişdir:Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan respublikasının dövlət müstəqilliyini qorumağı möhkəmləndirməyi  özüm üçün ən əsas  vəzifələrindən biri hesab edrem.

 

92.7 KB