25.01.2023
24.01. 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux şəhər kitabxana filialında "Yeni kitablar" başlığı atında kitab sərgisi keçirildi. Sərgidə kitabxananın oxucuları olan Samux şəhər 3 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Samux şəhər Kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərova sərgilənən kitabların hər birinin qısa xülasəsini məktəblilərın nəzərinə çatdırdı. Kitab sərgisinin keçirilməsindı məqsəd iştirakçıların kitablara daha çox marağını təmin etmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaqdır.