Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cavanşir Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı söhbət keçirilib

25.01.2023

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialında 24.01.2023 -cü il tarixində Həmidə Cavanşir Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə bağlı söhbət keçirildi. Tədbirdə 1saylı orta məktəbin müəllim, şagird kollektivi və kitabxananın fəal oxucuları iştirak edirdi.Həmidə xanım Cavanşir haqqında məlumat verən Xəyalə İsmayılova bildirdi ki, Həmidə xanım Cavanşir 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində maarifçi ailəsində dünyaya göz açmışdır. Onun fəaliyyəti dövründə yaşadığı kəndin əhalisi arasında xeyriyyəçi və ilk maarifçi qadın kimi tarixə düşmüşdür. Tədbirdə iştirak edən 1saylı orta məktəbin təşkilatçısı Ləman Pənəhova ilk maarifci qadin haqqqında öz fikirlərini söylədi. Sonda kitabxananın müdiri Məryəm Məmmədova tədbir iştirakçılarına təşəkkürünü bildirdi və iştirakçılara maraqlı olan Cəlil Məmmədquluzadə Həmidə Cavanşir haqqında verilən sualları cavablandırdı.

 

80 KB