Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı keçirilib

25.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 25.01.2023-cü il tarixində Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist Köçərli Firidun bəy Əhməd bəy oğlunun anadan olmasının 160 illiyi münasibətilə Firidun Bəy Köçərlinin iki cildlik “Azərbaycan ədəbiyyatı” kitabının təqdimatını keçirtdi. Tədbirdə Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun Bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabının iki cildi haqqında geniş məlumat verərək bu fundamental əsərdə ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcıllıqla nəzərdən keçirilməsindən danışdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Mərquşə İbrahimova, psixoloq Qətibə Mustafayeva , Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva , Gəncə şəhər Tibb Kollecinin müəllimi Zarema Hüseynova çıxışlarında çoxəsrlik Azərbaycan ədəbi irsini toplayaraq, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini "Azərbaycan ədəbiyyatı" əsərində qələmə alması Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılmasından , bu əsəri yazmaqla müasir
Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymasından və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açmasından danışdılar. Tədbirin sonunda MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva indi də öz ədəbi və elmi dəyərini itirməyən “Azərbaycan ədəbiyyatı” əsərinin milli-bədii söz sənətimiz haqqında mötəbər mənbə sayılmış olduğunu bildirdi.

 

138.8 KB