Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük xeyriyyəçi ” başlığı altında mövzu gecəsi keçirilib

25.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Bakı milyonçusu, tanınmış xeyriyyəçi Tağıyev Hacı Zeynalabdin Tağı oğlunun anadan olmasının 200 illiyi ilə əlaqədar “Böyük xeyriyyəçi ” başlığı altında mövzu gecəsi keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Çıxışçılar tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında məktəblilərə məlumat verdilər. Çıxışlardan təsirlənən məktəbin 4-cü sinif şagirdi Yusif Qasımov Hacı Zeynalabdin Tağıyevlə bağlı maraqlı, ibrətamiz əhvalatlar əsasında qələmə alınmış Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” rəvayətini danışdı. Sonda tədbir iştirakçıları “Böyük xeyriyyəçi” başlıqlı videoçarxı izlədilər.

 

1.2 MB