25.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 24.01.2022-ci il tarixində Bakı milyonçusu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağı oğlunun anadan olmasının 200 illiyi ilə əlaqədar “El atası” adlı mövzu saatı
keçirildi.Tədbirdə filialın kitabxanaçısı Günel Tanırverdiyeva Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan tarixində öz xidmətləri ilə fərqlənən, xalqın içərisindən çıxıb xalqa xidmət göstərən milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev xeyriyyəçilik fəaliyyəti ilə yaddaşlara həkk olunan dahi şəxsiyyətdir. O, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərmiş, məktəblər tikdirmişdir. Azərbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun sayəsində yüzlərlə gənc xarici ölkələrdə təhsil almışdır. Hacı Zeynalabdin Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Tədbirdə filialın oxucuları iştirak etdilər.