25.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialında 23.01.2023-cü il tarixində Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi münasibəti ilə “Böyük xeyriyyəçi” başlıqlı söhbət keçirildi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxanaçı Nərgiz Məmmədova çıxışında millətpərvər Zeynalabdin Tağıyevin həyatı haqqında məlumat verdikdən sonra, azərbaycanlı qızlar üçün məktəb açmasından, təhsilə və maarifə verdiyi yüksək qiymətindən söhbət açdı. Tədbirdə iştirak edən fəal oxucular Hacı Zeynalabdin Tağıyevin kasıb ailədə böyüməsinə baxmayaraq öz zəhməti hesabına qazandığını sərvətini xeyriyyə işləri üçün sərf etməsi onlar üçün nümunə olduğunu qeyd etdilər. Azərbaycanın inkişafına böyük töhfələr verən Hacı Zeynalabdin Tağıyevin xatirəsi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, insanların yaddaşında zəngin adam kimi yox hər zaman xeyriyyəçi kimi qalacaqdır.