25.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 23 yanvar 2023-cü il tarixdə Müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı " Tarixin böyük Azərbaycanlısı" başlıqlı tədbir keçirildi.Tədbirdə Diyarşünaslıq evinin direktoru Elşad Qurbanov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və sanballı şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi və əvəzolunmaz lider Heydər Əliyevdir. Ulu öndər Azərbaycan tarixinin ən parlaq səhifələrini yazaraq ölkənin səlnaməsində dərin iz qoymuş, sözün həqiqi mənasında onu qurub yaratmışdır.Tədbirdə Qızılhacılı qəsəbə İcra nümayəndəliyinin müavini Kamil Qasımov çıxış edərək Ulu öndər Heydər Əliyevin təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan,reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirməsi barədə danışdı. Tədbir Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı kitablardan ibarət sərgiyə baxışla yekunlaşdı.