Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xeyyriyəçi İnsan ” adlı dəyirmi masa keçirilib

25.01.2023

Azərbaycanın görkəmli ictimai xadimi olmaqla həmdə ölkənin neft sənayesinin banisi xeyyriyəçi Hacı Zeynalabdin Tağıyevin anadan
olmasının 200 illiyi münasibətilə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin şəhər kitabxana filialı 23 yanvar 2023 tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində “Xeyyriyəçi İnsan ” adlı dəyirmi masa keçirdi. Dəyirmi masanı giriş sözü ilə şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açdı, xeyyriyəçinin həyat və fəaliiyyəti haqqında danışmaq üçün sözü şəhər kitabxana filialının mültimedia mütəxəssisi Kəmalə İsmayılovaya verdi. Kəmalə xanım Hacı Zeynalabdin Tağıyevin Azərbaycan ölkəsinə və vətəndaşlarına
qarşı elədiyi xeyyriyə əməlləri haqqında məlumat verdi. Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Təranə Axundova ölkə Prezidenti  İlham Əliyev tərəfindən Hacı Zeynalabdin Tağıyevin xeyyriyə əməllərinə görə əməyinə qiymət verilməsi barədə söhbət açdı. Tədbir Mərkəzi Kitabxananın kitabişləmə və komplekləşdirmə şöbəsinin bibloqrafı Qəmər Cəfərova həmin mövzu ətrafında öz təssüratını bildirməklə başa çatdı.

 

99.1 KB