23.01.2023
19.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Kosalar kənd mədəni-maarif müəssisələrinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar "Milli qürur günümüz" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev, qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.Tədbiri giriş sözü ilə Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov açaraq 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Məruzə üçün söz Xocalı rayon Yaloba kənd Tarix- diyarşünaslıq muzeyinin kiçik elmi işçisi Mirzalılı Mirəliyə verildi.Sonra Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxış edərək xalqımızın başına gətirilən müsibətlərdən danışdı.Heç bir qüvvənin xalqımızın azadlıq əzmini qıra bilmədiyini xüsusi qeyd etdi.Daha sonra çıxışlar davam etdirildi.Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi.