23.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə "Yoluxucu xəstəliklərdən necə qorunaq" adlı dəyirmi masa keçirilmişdir.
Keçirilən tədbirdə Mədəniyyət işçiləri, Meşəli kənd Tibb Məntəqəsinin həkimi Aytac Rəhimova və şagirdlər iştrak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova fəsil dəyişkənliyi ilə əlaqədar insanların səhhətlərində bir sıra xəstəliklər və problemlər meydana gəlir. İnsanlar bu dövrdə sağlamlıqlarına qarşı daha diqqətli olmalı, özlərini ətraf mühitin mənfi təsirlərindən qorumalıdırlar deyə bildirmişdir.
Bəs qış fəslinin gəlişi özü ilə hansı sağlamlıq problemlərini gətirir və insanlar özlərini necə qorumalıdırlar deyə S. Kazımova bildirmişdir.
Həkim Aytac Rəhimova bildirir ki, yaz fəsli sağlamlıq problemlərinin bol olduğu bir fəsil hesab olunur, çünki bu fəsildə havalar tez-tez dəyişir.
Bu isə soyuq havaya öyrəşmiş insan orqanizminə mənfi təsir göstərir: "Temperaturun qəfil dəyişməsi orqanizmə mənfi təsir edir. İnsanın orqanizminin yeni havaya adaptasiya olması üçün bir müddət lazımdır. Bu ərəfələrdə orqanizmin immuniteti kəskin şəkildə aşağı düşür. Bu isə bədənin viruslara və bakteriyalara olan müqavimətini azaldaraq, bir çox xəstəliyə yoluxmasına şərait yaradır. Heç təsadüfi deyil ki, yaz aylarında havaların isinməsinə baxmayaraq, qrip, angina kimi bir çox yoluxucu xəstəliklərdə artım müşahidə olunur”.
deyir ki, belə hallardan özümüzü qorumaq üçün ilk növbədə geyimimizə fikir verməliyik: "Hava şəraiti tez-tez dəyişdiyi üçün insan qalın geyinə və tərləyə bilər. Bu amilə xüsusi diqqət yetirmək lazımdır. İnsanlar həmçinin, qidalanmalarına da nəzarət etməlidirlər. Yaxşı olardı ki, meyvə-tərəvəzdən və təbii qidalardan çox istifadə etsinlər. Çoxlu maye və vitaminli təbii şirələr müqaviməti artırır. Həmçinin, vitamin komplekslərində istifadə etmək məsləhətdir” deyə həkim Aytac Rəhimova sualları cavablandırmışdır.