20.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialının təşkilatçılığı ilə 19. 01.2023-cü il tarixində 20 Yanvar faciəsinin 33 -cü il dönümü ilə bağlı "Azadlığa aparan yol" başlığı altında şeir saatı keçirildi.Tədbirə başlamazdan əvvəl Azərbaycanın azadlığı uğrunda həlak olmuş bütün şəhidləmizi bir dəqiqəlik sükutla yad edildi.Sonra kitabxana filialının müdiri Gülşən Əliyeva açaraq 20 yanvar faciəsi haqqında məlumat verdi.Bildirdi ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insan qətlə yetirilmişdi. Kitabxanaçı Sahilə Hümbətova bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında Umummilli lider Heydər Əliyevin göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunəsindən danışdı,sonralar faciəyə siyasi qiymətin verilməsində Ulu Öndərin böyük rolu oldugunu xüsusilə vurğuladı. Sonda kitabxananın fəal oxucuları Abdullayeva Lalə,Babayeva Nəzirə,Sadıqlı Nigar şəhidlərə həsr edilmiş şeirlər söylədilər.