Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Xalqımızın şərəf nöqtəsi” adlı dəyirmi masa təşkil olunub

20.01.2023

19.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 20 Yanvar günü ilə bağlı " Xalqımızın şərəf nöqtəsi" adlı dəyirmi masa təşkil olundu.
Tədbirdə ilk öncə vətən uğrunda vuruşan canlarını sipər edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq 20 Yanvar şəhidlərinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olundu.Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Hələ uşaq ikən Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar, Vətənimizin ərazi bütövlüyünü bərpa etdilər. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü naminə şəhid olanlar müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyublar. Ona görə də xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür.Təpədən-dırnağa kimi silahlanmış sovet qoşunlarının bölmələri tərəfindən əliyalın insanların qəddarcasına gülləyə tutulduğu, tankların altında əzildiyi həmin qış gecəsi, əslində, azadlıq günəşinin ilk şəfəqləri parlayırdı. Biz bunu sonradan – dövlət müstəqilliyimiz bərpa edilərkən dərk etdik.
Ötən dövrdə Azərbaycan müqayisəolunmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.
Daha sonra Mədəniyyət Mərkəzinin metodisti Bağırova Səadət çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirdi. Həmin vaxt çəkilmiş fotolar özündə bu qürurverici anları yaşadır.
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə qiymətləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

 

122.2 KB