Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” başlığı altında rəsm günü keçirilib

20.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 19.01.23-cü il tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” başlığı altında rəsm günü keçirildi.Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova qeyd etdi ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 33 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. 1990-cı ilin 19-dan 20-nə keçən gecə təpədən dırnağadək silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına
vəhşicəsinə divan tutdu. İmperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan xalqımız qoşunun qabağından qaçmadı, azadlıq, müstəqillik uğrunda qurban gedərək, şəhid oldular. Tədbirdə iştirak edən şagirdlər faciə ilə bağlı öz fikirlərini rəsmlərə köçürdərək rəsmlərdə qırmızı qərənfilləri və günahsız axıdılan qanı əks etdirdilər.

 

88.4 KB