20.01.2023
19.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon MKS- nin Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva 20 yanvar faciəsinin 33 illiyi ilə əlaqədar "Şəhidlər unudulmur" adlı anım günü təşkil etdi. Tədbirə Veyisli kənd klub işçiləri və kənd sakinləri dəvət olunmuşdular. Əvvəlcə şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.Sonra Sənəm Böyükkişiyeva çıxış edərək bildirdi ki , Azərbaycan xalqının yaddaşında yanvar ayı qırmızı və qara rənglərlə xatırlanır, qərənfil isə matəm rəmzi hesab edilir. Bunun səbəbi 1990-cı il yanvar ayının 20-də Sovet Ittifaqı hərbi hissələrinin Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri qanlı qırğınlardır. Sovet ordusu tərəfindən təkcə paytaxt Bakıda 131 mülku şəxs öldürülmüş, 744 nəfər xəsarət almış, 841 nəfər həbs olunmuş, 200 ev, 80 avtomaşın yandırılmış və dağıdılmışdır. Bakıda qırğınlar törətməklə Qorbaçov hakimiyyəti SSRI və Azərbaycan SSR-in konstitusiyalarını kobud şəkildə pozmuşdu. 20 yanvar hadisələrini Azərbaycan tarixində qanlı olmaqla yanaşı həm də şanlı gün hesab etmək mümkündür. Bu faciə nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi.